• cümə, 19 Aprel, 15:45
  • Baku Bakı 25°C

Xuan Quaydo 1 milyon könüllü yığmaq niyyətindədir

18.02.19 11:00 404
Xuan Quaydo 1 milyon könüllü yığmaq niyyətindədir
Özünü müvəqqəti prezident elan edənVenesuelamüxalifətinin lideri Xuan Quaydo bildirib ki, o, fevralın 23-də ölkəyə humanitar yardımın çatdırılmasına mane olmağa çalışan hərbçilərin qarşısını alacaq bir milyon könüllü yığmaq niyyətindədir.
"Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədəXuan Quaydo"Twitter"dəki videomüraciətində bildirib.
Venesuela müxalifətinin lideri müraciəti artıq könüllülər kimi qeydiyyatdan keçən600 min insana ünvanlayıb.
Bundan əvvəlABŞ Hərbi Hava Qüvvələrlərinin təyyarələriVenesuelaya humanitar yardım üçünKolumbiyaya gəlib. Lakin ölkənin prezidentiNikolas Madurohumanitar yardımı qəbul etməkdən imtina edib.
Daha əvvəl bildirilib ki,Venesuela müxalifətinin lideriXuan Quaydonun tərəfdarları bu ölkəninVaşinqtondakı səfirliyinin bank hesablarına çıxış əldəediblər.
banner

Oxşar Xəbərlər