• cümə axşamı, 25 aprel, 02:30
  • Baku Bakı 19°C

Xoşqədəm ATV əməkdaşlarını qovdu

14.04.15 09:15 1462
Xoşqədəm ATV əməkdaşlarını qovdu
Xoşqədəm Hidayətqızı ATV kanalının əməkdaşlarını bu gün keçirdiyi mətbuat konfransına buraxmayıb
Lent.az-ın məlumatına görə, o, adıçəkilən kanalın əməkdaşlarını mətbuat konfransdan qovub. X.Hidayətqızı ATV əməkdaşlarının keçirdiyi mətbuat konfransında görmək istəmədiyini bildirib.
O, “Azad Azərbaycan” dan gələn jurnalist Vüqar Vüqarlı ilə görüşüb: “Vüqar, sən mənim dostumsan. Amma sizi bura kim çağırdı? Mən ATV-nin burda olmasını istəmirəm. Sadəcə çox az sayda jurnalisti dəvət eləmişəm”.
Xoşqədəmin sözlərinə V.Vüqarlı belə cavab verib: “Saytdan oxuyub, gəlmişəm. İndi nə edək? Çıxaq gedək?”.
Daha sonra X.Hidayətqızı ilə söhbətləşən ATV-nin əməkdaşı və çəkiliş heyəti mətbuat konfransını tərk edib.
Daha sonra aparıcı ATV-nin əməkdaşını mətbuat konfransından qovmasına aydınlıq gətirib:
“Mən onları qovmamışam. Sadəcə onlara dedim ki, 2 saat sonra gəlin, sizə ayrıca müsahibə verəcəm”.
Qeyd edək ki, “Azad Azərbaycan” telekanalı ilə yollarını ayıraraq ANS-ə keçən tanınmış aparıcı Xoşqədəm Hidayətqızı bu gün mətbuat konfransı keçirib.
banner

Oxşar Xəbərlər