AZE | RUS | ENG |

Xoşbəxtlik gizlinləri

Xoşbəxtlik gizlinləri
Amerikalı neyropsixoloq, on beş il Nyu-York və Konnektikat əyalətlərinin baş pediatrı olmuş Eymi Sçvortz 2015-ci ildə işıq üzü görmüş kitabı ilə böyük diqqət toplamışdı. Belə ki, kitabın adının cəlbediciliyi bir yana, müəllifin xoşbəxtlik və gözdən qaçırdığımız fürsətlərlə bağlı verdiyi açıqlamalarla da ictimaiyyətdə maraq oyada bilmişdi. Kitabın nəşr olunduğu vaxtdan mühazirələr və çıxış dəvətlərindən vaxt tapıb, yeni kitaba başlaya bilməyən mütəxəssis "telegraph” oxucuları üçün qələmə aldığı yazıda xoşbəxt olmaq üçün ehtiyacımız olan xırda nüanslardan danışıb. Sçvortz müalicə məqsədilə xəstələrinin həyat tərzində bəzi dəyişikliklər aparmaqla gözlə görünən nəticələr əldə etdiyini bildirib. Bizi xoşbəxt edən bəsit şeylər haqqındakı məqaləni oxucularımız üçün bəndlər şəklində birləşdirdik.

·  Təzə sərilmiş yataq örtüklərində yatmaq.
·  Günəşin ilıq şüalarını dərimizdə hiss etmək.
·  Kiməsə yaxşılıq etmək, istədiyi bir şeyi ona hədiyə etmək.
·  İsti çörək yemək.
·  Radionu çevirərkən, ən sevdiyimiz mahnının, kanallar arasında var-gəl edərkən ən sevdiyimiz filmin başlaması.
·  Yağışın səsinə qulaq asmaq.
·  Günəşli bir gündə sakit yürüyüş.
·  Yaxşı bir məhəbbət romanı oxumaq.
·  Uzun və isti vanna qəbul edib, yüksək səslə mahnı oxumaq.
·  Çox qəşəng göründüyünüz gün şəkil çəkdirmək.
·  Körpə əzizləmək.
·  Tətil planları qurmaq.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN