• şənbə, 20 Aprel, 00:22
  • Baku Bakı 15°C

Xoşbəxt Yusifzadə: Azərbaycanda üçüncü milyard ton neft təqribən 2060-cı ildə hasil oluna bilər

09.11.17 13:46 781
Xoşbəxt Yusifzadə: Azərbaycanda üçüncü milyard ton neft təqribən 2060-cı ildə hasil oluna bilər
Azərbaycanda üçüncü milyard ton neft təqribən 2060-cı ildə hasil oluna bilər.
Trend-in məlumatına görə, bunu noyabrın 8-də SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə çıxışı zamanı deyib.
X.Yusifzadə qeyd edib: "Allahın köməyi ilə üçüncü milyard ton neftin hasilatına bu gündən başlandı. Biz üçüncü milyarda nə vaxt çata bilərik? Hesablamalar göstərir ki, biz Azərbaycanda üçüncü milyard ton nefti təqribən 2060-cı ildə hasil edə bilərik".
O əlavə edib ki. Azərbaycanda 2 trilyon kubmetr qaz isə daha tez - 2055-ci ildə hasil edilə bilər.
banner

Oxşar Xəbərlər