• cümə, 29 Mart, 13:56
  • Baku Bakı 14°C

Xoşbəxt gələcəyə "İlhamla irəli"! - Video - Fotolar

05.04.18 14:00 2785
Xoşbəxt gələcəyə "İlhamla irəli"! - Video - Fotolar
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı Gəncə şəhər şöbəsi Partiyanın Sədri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd İlham Əliyevin seçki kampaniyası çərçivəsində seçicilərlə görüşlərini uğurla davam etdirir. YAP Gənşə şəhər Təşkilatının Qərargahında keçirilən növbəti görüşdə Gəncənin qadın seçiciləri iştirak ediblər.

YAP Gəncə şəhər Təşkilatının Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərinə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin siyasi fəaliyyətindən ətraflı bəhs edib. Xüsusən Azərbaycan qadınlarının ictimai-siyasi həyatdakı fəal rolundan danışan Pərvin Kərimzadə bildirib ki, bu gün cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasət uğurla həyata keçirilir. Millət vəkili Gəncənin qadın seçicilərini Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.

Gəncə qadınları adından çıxış edən Aidə Həsənova, Mehriban Məmmədova, Elnarə Mahmudova, Ulduz Babayeva, Afaq Qasımova, Mainə Hüseynova qadınların Azərbaycan dövlətçiliyinin güclənməsində, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında rolundan danışıb, əminliklə bildiriblər ki, Gəncə seçiciləri yekdilliklə 11 aprel seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklər.
Təşviqatçı İbrahim Cəfərov Azərbaycan xanımının mərdliyi, sədaqəti, ailəyə, milli-mənəvi dəyərlərimizə bağlılığından söhbət açıb, bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində lider dövlətə çevrilən Azərbaycanda qadınlar dövlət idarəetmə strukturlarında, seçkili orqanlarda, yerli özünüidarəetmə qurumlarında səhiyyə, təhsil və mədəniyyət sahələrində ön sıralarda addımlayırlar.
Sonda YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev qarşıdakı 7 il üçün daha güclü və qüdrətli Azərbaycan naminə bütün Gəncə seçicilərini "İlhamla irəli” səsləyərək, 11 aprel Prezident seçkilərində YAP namizədi cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üçün çağırış edib.










banner

Oxşar Xəbərlər