• cümə axşamı, 25 aprel, 21:21
  • Baku Bakı 21°C

Xorvatiya Azərbaycanda səfirlik açır

10.04.18 16:00 613
Xorvatiya Azərbaycanda səfirlik açır

Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Xorvatiya Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Refik Şabanoviçi qəbul edib.

XİN-dən APA-ya verilən məlumata görə, görüşdə R.Şabanoviç Xorvatiyanın Xarici və Avropa İşləri üzrə Nazirliyi tərəfindən ünvanlanmış notanı P. Mirzəzadəyə təqdim edib.

Notada iqamətgahı Bakı şəhəri olmaqla Xorvatiyanın Azərbaycanda səfirliyinin təsis edilməsi barədə məlumat verilir. İndiyə qədər Xorvatiyanın Azərbaycana akkreditə olunmuş səfirliyi qeyri-rezident əsasda fəaliyyət göstərir və Xorvatiya müvəqqəti ofis vasitəsilə təmsil olunurdu.

Səfir Pərvin Mirzəzadə Xorvatiya Respublikasının Azərbaycan Respublikasında diplomatik təmsilçiliyinin səfirlik səviyyəsinə yüksəldilməsinin iki ölkə arasında əməkdaşlığın və dostluğun daha da genişləndirilməsi və irəlilədilməsinə təkan verəcəyini bildirib.
banner

Oxşar Xəbərlər