• cümə axşamı, 28 mart, 12:22
  • Baku Bakı 16°C

Xorvatiya - Azərbaycan oyununa 13 min bilet satılıb

19.03.19 13:22 696
Xorvatiya - Azərbaycan oyununa 13 min bilet satılıb
Futbol üzrə Avropa çempionatının qrup mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya-Azərbaycan oyununa 13 min bilet satılıb.
AZƏRTACxəbər verir ki, oyunun keçiriləcəyi Zaqrebdəki "Maksimir” stadionu 35 min tamaşaçı tutumuna malikdir.
Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç deyib: "Ümid edirəm ki, oyun günü "Maksimir”də azarkeşlərin dəstəyini hiss edəcəyik. Çünki bizim buna ehtiyacımız var. Çox istərdim ki, hava yağışlı olmasın və stadion azarkeşlərlə dolu olsun”.
Qeyd edək ki, Xorvatiya-Azərbaycan oyunu martın 21-də Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
banner

Oxşar Xəbərlər