• cümə axşamı, 25 aprel, 11:53
  • Baku Bakı 14°C

Xocəsən qəsəbəsində səyyar görüş keçirilib

22.12.14 19:20 1205
Xocəsən qəsəbəsində səyyar görüş keçirilib
Binəqədi rayonundakı 313 saylı məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun Xocəsən qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 107 nəfər qəsəbə sakini iştirak edirib.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı X.İsgəndərov açaraq Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib.
Daha sonra qəsəbə sakinlərindən Məcid Səmədov, Rəşid Məmmədov, Əbil Ramazanov, Qüdrət Behbudov, Abuzər Baxşəliyeva, Sabutay Canayev, Xanım Xasıyeva, Mirmehdi Hüseynov, Ağayar Məmmədov və başqaları çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Eyni zamanda çıxış edənlər onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.
Rayon İcra Hakimiyyəti başçısı X.İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər