• çərşənbə, 24 Aprel, 14:57
  • Baku Bakı 27°C

Xocalıya həsr edilmiş “Şəhid şəhər” sərgisi olacaq

17.02.14 13:50 1372
Xocalıya həsr edilmiş “Şəhid şəhər” sərgisi olacaq
2014-cü il fevralın 25-də saat 1200-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş “Şəhid şəhər” adlı tədbir-sərgi təşkil olunacaq.
Sərgidə ilk dəfə olaraq 2014-cü ildə muzeyə daxil olunmuş Xocalı faciəsini əks etdirən yeni eksponatlar – triptix “Boşalmış damarlar” (müəllif “Yarat” Müasir İncəsənət məkanının iştirakçısı Mehriban Şəmsəddinski), Xocalı faciəsini əks etdirən eskizlər (müəllif rəssam Nazim Məmmədov), Milli Qəhrəmanlar Hikmət Nəzərlinin, Füzuli Rüstəmovun, Tofiq Rüstəmovun şəxsi əşyaları və digər eksponatlar tamaşaçılara təqdim olunacaq.
Tədbirdə muzeyin direktoru Fəridə Şəmsi, Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı Füqurə Rüstəmova və digər qonaqlar çıxış edəcəklər. Tədbirdə Xocalı sakinləri, Milli Qəhrəmanların ailə üzvləri, Prezident Qvardiyasının əsgərləri, Hərbi Dəniz Qüvvələrin şəxsi heyəti və digər qonaqların iştirakı gözlənilir.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər