• şənbə, 20 Aprel, 11:14
  • Baku Bakı 14°C

Xocalıya gedən yol adlanan Qaradağlı qətliamından 27 il keçdi

18.02.19 12:07 528
Xocalıya gedən yol adlanan Qaradağlı qətliamından 27 il keçdi
"Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin Qaradağlı soyqırımının 27-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Təşkilatın sədri Esmira Orucova bildirib ki, 1991-ci il oktyabrın2-də Xocavənd rayonu erməni işğalçıları tərəfindən işğal olunsa da, heç bir silah-sursatı olmayan Qaradağlı kəndinin sakinləri 17 fevral 1992-ci ilə kimi müasir hərbi texnika ilə təhciz olunmuş düşmənə qarşı müqavimət göstərərək, doğma kəndlərini qəhrəmanlıqla müdafiə ediblər: "1992-ci il fevral ayının 15-də Fransa, ABŞ, Livan və bir sıra digər Avropa ölkələrində Türkiyə siyasət adamlarına, ümumən türklərə qarşı terror aktları törətmiş, "Asala" terror təşkilatının aparıcı fiqurlarından biri sayılan beynəlxalq terrorçu "ASALA-nın inqilabi hərəkatı” adlı qruplaşmanın rəhbəri, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan tərəfindən erməni hərbi quldur birləşmələrinə komandan təyin edilmiş Monte Melkonyanın rəhbərliyi ilə Xocavənd rayonunun ermənilər yaşayan kəndlərinin sakinləri, xarici ölkələrdə xüsusi təlim keçmiş "Arabo” və "Aramo” terror dəstələrinin muzdlu döyüşçüləri, Xankəndində yerləşən Rusiyanın 366-cı motoatıcı alayın hərbçiləri 5 istiqamətdən kəndə hücuma keçiblər”.
E.Orucova qeyd edib ki, onların məqsədi yeganə gediş-gəliş yolu olan Qaradağlı kəndini zəbt etmək və azərbaycanlılarla Xankəndi arasındakı əlaqəni kəsmək idi: "Qəhrəman Qaradağlı sakinləri azərbaycanlı qanına susamış, müasir tipli texnika ilə təchiz olunmuş erməni təcavüzkarlarının və onların havadarlarının hücumlarına 2 gün sinə gəriblər. Ağdama, Bakıya kömək üçün müraciət etsələr də ölümlə üzbəüz duran qaradağlıların səsinə hay verən olmayıb. Fevral ayının 17-də səhər tezdən kənd sakinlərinin sursatı tamamilə tükəndiyi üçün ermənilər istədiklərinə nail olub, Qaradağlı kəndini işğal ediblər.
İşğal günü kənddə 118 nəfər olub. Onların hər biri əsir və girov gtötürülüb. Əsir və girov götürülmüş şəxslərdən 66 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 52 nəfər isə qəbul olunmuş beynəlxalq humanitar hüquq normalarına zidd olaraq dəhşətli işgəncələrə və qeyri-imsani rəftara məruz qaldıqdan sonra azad ediliblər. Azad olunanlardan 10 nəfəri qadın, 24 nəfəri isə qocadır, Qocalardan 9 nəfəri qadın olub.

İşğal nəticəsində Qaradağlı kəndində 200 yaşayış evi əşyaları ilə birlikdə, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. 800 nəfər Qaradağlı sakini məcburi köçkün həyatı yaşamaq məıcburiyyətində qalıb.
Qaradağlıda 43 ailə öz başçısını itirib, 140 uşaq yetim qalıb. 78 nəfər dinc sakin qətlə yetirilib, bu da kənd sakinlərinin hər 10 nəfərindən biri deməkdir. Onlardan 10-u qadın, 8-i isə asyaşlı olub. 26 nəfər isə itkin düşüb.
Şahid ifadələrinə əsasən Qaradağlı soyqırımı zamanı 16 nəfər girov götürülmüş şəxs bu günə kimi azad edilməyib. Qarşı tərəf faktları inkar etdiyi üçün onları bu günə kimi azad ediməsi mümkün olmayıb”.
"Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi müraciəti Qaradağlı soyqırımı zamanı şahid ifadələrinə əsasən əsir və girov götürülmüş şəxslərin qaytarılması, itkinlərin taleyinə aydınlıq gətirilməsi məqsədi ilə regional sülh və təhlükəsizliyi ciddi təhdid altına qoyan işğalçı Ermənistana təsir göstərmək üçün BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İşgəncələrə qarşı Komitəsinin rəhbərinə, BMT baş katibinin münaqişələr zamanı cinsi zorakılıq məsələləri üzrə xüsusi nümayəndəsinə, Beynəlxalq Qızıl Xaç Komitəsinin sədrinə, Avropa Şurasının baş katibinə, Avropa İttifaqının sədrinə, NATO-nun baş katibinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının sədrinə, ATƏT-in Minsk qrupunun üzvü olan ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirliklərinə göndərilib.
banner

Oxşar Xəbərlər