• cümə, 26 Aprel, 08:33
  • Baku Bakı 12°C

Xocalı soyqırımının dünyada tanıdılması ümummilli məsələdir

25.02.17 10:00 900
Xocalı soyqırımının dünyada tanıdılması ümummilli məsələdir
Ermənistan silahlı qüvvələrinin və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırımı aktından 25 il ötür. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycanın bütün qurumları, vətəndaş cəmiyyəti Xocalı soyqırımının dünyaya çatdırılması, həmçinin Ermənistanın hazırkı və keçmiş prezidentləri Serj Sarkisyan, Robert Köçəryan, sabiq müdafiə naziri Seyran Ohanyan, təxribatçı Zori Balayan və digərlərinin baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməsi üçün mühüm tədbirlər görürlər. Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Xocalı həqiqətlərinin beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır.

Bu istiqamətdə görülən işlərə daha bir nümunə kimi Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin mayında fəaliyyətə başlayan "Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasını qeyd etmək olar. Məhz Heydər Əliyev Fondunun gərgin əməyi və məqsədyönlü fəaliyyəti nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar bəşəriyyətə qarşı törədilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq, qətliamı kəskin şəkildə pisləyir. Görülən işlərin nəticəsi olaraq, indiyə qədər Xocalı faciəsini 10-dan artıq dövlət, o cümlədən ABŞ-ın 20-dən artıq ştatı soyqırımı aktı kimi rəsmən tanıyıb. Bununla belə, misli görünməmiş qəddarlıqla törədilmiş faciə, ümumilikdə isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, təəssüf ki, hələ də beynəlxalq aləmdə, birmənalı şəkildə qarşılanmır, münaqişənin həllinə dair subyektiv təhriflər əksini tapır. Ölkəmizdə reallaşan strateji xəttin əsas hədəfi də məhz bu münaqişənin, Ermənistanın təcavüzkar siyasətinin bütün reallıqları ilə dünyaya bəyan olunmasıdır.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlımövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, əsassız ərazi iddiaları ilə Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüzün gedişində düz 25 il öncə Xocalıda günahsızmülki azərbaycanlıəhaliyə - uşaqlara, qocalara,qadınlara qarşı soyqırımın törədilməsi əsrin ən böyük dəhşətlərindən biridir. Millət vəkilinin sözlərinə görə, bununla Ermənistan bəşəriyyətə və sivilizasiyaya qarşı dövlət səviyyəsində ən ağırcinayət törədib. Professor qeyd edib ki, buna görə Ermənistan cavab verməlidir: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq bu hadisəyə hüquqi-siyasi qiymət verilib. Soyqırımın tanıdılması istiqamətində mühüm bir səhifənin başlanğıcını Prezident İlham Əliyevin müəyyənləşdirdiyi"hücum diplomatiyası” taktikası qoyub. Məhz bundan sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı "Xocalıya ədalət” kampaniyası çərçivəsindəki fəaliyyət nəticəsindədünyanın bir sıra ölkələrinin parlamentləri Xocalıda baş verənləri Ermənistanın törətdiyini soyqırımı və yafaciə olaraq tanıyıb. Qısa müddət ərzində Azərbaycan bu məsələdə böyük bir yol keçib. Lakingörüləsi işlər hələ çoxdur. Hesab edirəm ki, ölkəmizdə fəaliyyət göstərən QHT-lər xaricdəki tərəfdaşları ilə birgə layihələr həyata keçirə bilərlər. Xarici ölkələrdərəsm, mahnı, şeir və sair müsabiqələri keçirmək, onların qaliblərini Azərbaycana dəvət etmək olar”.

"Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, Xocalıdan olan millət vəkili Elman Məmmədov da Xocalı soyqırımını bəşəriyyət tarixində insanlığa qarşı törədilən ən qanlı cinayətlərdən biri kimi xarakterizə edib. O, bildirib ki, ötən illər ərzində soyqırımının dünyada tanıması istiqamətində ardıcıl olaraq tədbirlər görülüb: "1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk günlərdən Xocalı soyqırımını gündəmə gətirilib. İlk dəfə ulu öndərimizin rəhbərliyi ilə Milli Məclisdə 1994-cü ilin fevralın 24-də Xocalı faciəsinə siyasi qiymət verilib. Bundan 3 il sonra ulu öndər Heydər Əliyevin tapşırığı ilə istintaq materialları əsasında Ali Məhkəmənin hərbi tribunalında iki aydan artıq məhkəmə prosesi gedib. Bu da Xocalı soyqırımına verilən hüquqi qiymət idi. Təbii ki, bütün bunlar Azərbaycan daxilində baş verib. Bu mərhələdən sonra isə əsas hədəfimiz Xocalı soyqırımının dünyada tanıdılması olub. Bu istiqamətdə də indiyə qədər xeyli işlər görülüb. Biz çalışmalıyıq ki, Xocalı soyqırımı dünya dövlətləri, beynəlxalq qurumlar tərəfindən özünün hüquqi və siyasi qiymətini alsın. Hazırda "Beynəlxalq cinayətlərin qarşısının alınması və bu cinayətləri törədənlərin cəzalandırılması haqqında” qanun layihəsi gündəmdədir. Məqsəd budur ki, təkcə Xocalı soyqırımı deyil, beynəlxalq miqyasda törədilən bu tipli cinayətlərin qarşısı alınsın, cinayətləri törədənlər cəzalandırılsın. Belə cinayətkarların içərisində bu gün böyük bir dəstə Ermənistana rəhbərlik edən şəxslərdir. Serj Sarkisyan başda olmaqla Dağlıq Qarabağın separatçı rejiminə rəhbərlik edənlər Xocalı soyqırımını törətmiş insanlardır. Biz bu cinayətkarların cəzalandırılması istiqamətində işimizi aparmalıyıq. Biz bu işə ümumxalq məsələsi kimi yanaşmalı, hər bir azərbaycanlı Xocalı qətliamının dünyada tanıdılması işində iştirak etməlidir. Bununla da, hər birimiz bu soyqırımın tanıdılması, ermənilərin iç üzünün açılması üçün çalışmalıyıq”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər