• cümə, 29 Mart, 14:42
  • Baku Bakı 14°C

Xocalı soyqırımının 26-cı ildönümü İğdırda da qeyd olunub

24.02.18 11:20 477
Xocalı soyqırımının 26-cı ildönümü İğdırda da qeyd olunub
Azərbaycanın Qarsdakı baş konsulluğu, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyi və İğdır Azərbaycan Evi Dərnəyinin birgə təşkilatçılığı ilə "Xocalıya ədalət!” devizi altında anım mərasimi keçirilib.
İğdırın mədəniyyət sarayında təşkil olunan mərasim Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səslənməsi ilə başlayıb. Sonra Xocalı şəhidlərinin ruhuna dualar oxunub.
Baş konsul Nuru Quliyev, İğdır vilayətinin valisi Ənvər Ünlü, Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar tədbirdə çıxış ediblər.
Çıxışlarda Xocalı soyqırımının törədilmə səbəbləri, dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən amansızlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, Xocalı soyqırımının dünyada tanıdılması, "Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının mahiyyəti və bu kampaniya çərçivəsində görülən işlər barədə danışılıb. Əminliklə qeyd olunub ki, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin möhkəmlənməsi gələcəkdə belə halların baş verməməsi üçün əsasdır.
Toplantının panel hissəsində Türkiyənin Qazi Universitetinin müəllimi Cəmaləddin Taşburan və Azərbaycandan tarixçi alim Havva Məmmədova Xocalı soyqırımının səbəb və nəticələrinə dair fikirlərini bölüşüblər. Alimlər əsaslandırıblar ki, Xocalı soyqırımı təcavüzkar Ermənistan tərəfindən məqsədli şəkildə törədilib. Bu cinayət ermənilərin XIX əsrin sonlarından başlayaraq Azərbaycan və Türkiyə xalqlarına qarşı törətdikləri məqsədyönlü cinayətlərin davamı və ən amansızıdır.
banner

Oxşar Xəbərlər