• çərşənbə, 24 Aprel, 00:00
  • Baku Bakı 14°C

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Koreya parlamentində fotosərgi və seminar keçirilib

20.02.17 13:30 952
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Koreya parlamentində fotosərgi və seminar keçirilib
Koreya parlamentindəXocalısoyqırımı, o cümlədən Koreya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının25-ci ildönümü ilə əlaqədar fotosərgi və seminar keçirilib.
Azərbaycanın Koreya səfirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, tədbir Azərbaycanın Koreyadakı səfirliyi, Koreya parlamentində fəaliyyət göstərən Koreya-Azərbaycan Dostluq Qrupu və "Korea Post” jurnalının birgə təşkilatçılığı ilə baş tutub.
Azərbaycan-Koreya münasibətləri tarixində ilk dəfə olaraq Koreya parlamentinin əsas binasının dəhlizində keçirilmiş fotosərgidəXocalısoyqırımı ilə bağlı foto şəkillər və xaric kütləvi informasiya vasitələrində soyqırımı ilə bağlı nəşr olunmuş məqalələrdən ibarət stendlər quraşdırılıb və geniş ölçülü ekrandaXocalıfaciəsinə dairHeydər Əliyev Fondutərəfindən hazırlanmış "Xocalıya Ədalət” adlı video çarx nümayiş etdirilib. Tədbir çərçivəsində həmçininXocalısoyqırımı haqqında Koreya dilində çap olunmuş ədəbiyyat və bukletlər sərgi ziyarətçilərinə təqdim olunub.
Fotosərginin keçirildiyi dəhlizdə Koreya dilində "Xocalısoyqırımının iyirmi beşinci ildönümünə həsr edilmiş keçmişdən bu günə Azərbaycan reallıqları adlı fotosərgi” və ingilis dilində "Justice for Khojaly” yazılmış böyük ölçülü plakat asılıb, "Xocalıya Ədalət” bannerləri quraşdırılıb. Bununla yanaşı fotosərgidə Azərbaycanın son illər ərzində əldə etdiyi nailiyyətlər nəticəsində dəyişən müasir simasını və Azərbaycan-Koreya münasibətlərini əks etdirən foto şəkillər, habelə video çarx nümayiş etdirilib.
İki gün ərzində koreyalı millət vəkilləri ilə yanaşı yüzlərlə yerli vətəndaş fotosərgiyə böyük maraq göstərib, Azərbaycan reallıqları, xüsusiləXocalıfaciəsi barədə Koreya ictimaiyyətinin məlumatlandırılmasına görə tədbirin təşkilatçılarına təşəkkürlərini ifadə ediblər.
Koreya parlamentinin binasında "Keçmişdən bu günə Azərbaycan reallıqları” adlı seminar da keçirilib. Koreyada fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri, Koreya parlamenti üzvlərinin köməkçiləri, dövlət qurumlarının əməkdaşları və akademik dairələr, o cümlədən, yerli kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət çoxsaylı qonaqların iştirak etdiyi tədbirdə Koreya və Azərbaycan parlament dostluq qrupunun sədri Hvanq Yonq-çol, parlamentin keçmiş sədr müavini Park Byonq-su, xanım millət vəkili Park İn-suk və "The Korea Post” Media qrupunun sədri Li Kyunq-şik fəxri qonaqlar qismində iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov Azərbaycan-Koreya diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümünə təsadüf edən tədbirin məhz Koreya parlamentində keçirilməsinin böyük tarixi əhəmiyyət kəsb etdiyini bildirib, fotosərginin və seminarın təşkilinə göstərdikləri dəstəyə görə parlament dostluq qrupunun sədri Hvanq Yonq-çola və millət vəkili xanım Park İn-suka minnətdarlığını ifadə edib.
Səfir çıxışında 25 il bundan əvvəl yenicə müstəqilliyini əldə etmiş Azərbaycanın beynəlxalq ictimaiyyət ilə münasibətlər qurduğu dövrdə özünün müasir tarixinin ən ağır dövrlərini yaşadığını bildirib, Azərbaycanın üzləşdiyi çətinliklər və faciələr, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi vəXocalısoyqırımı haqda tədbir iştirakçılarına məlumat verib. Səfir bütün çətinliklərə baxmayaraq, Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın öz küllərindən yenidən doğduğunu və prezident İlham Əliyevin rəhbərliyində sürətli inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb, Azərbaycanın əldə etdiyi nailiyyətlər barəsində danışıb. Səfir həmçinin Azərbaycan və Koreya arasında diplomatik əlaqələrin qurulmasının tarixinə nəzər salıb və 2006-2007-ci illərdə ölkə başçılarının qarşılıqlı yüksək səviyyəli səfərlərindən sonra ikitərəfli əlaqələrdə əldə olunmuş nailiyyətlərdən bəhs edib.
Tədbirdə həmçinin, parlament dostluq qrupunun sədri Hvanq Yonq-çol, parlamentin keçmiş sədr müavini Park Byonq-su, xanım millət vəkili Park İn-suk və "The Korea Post” Media qrupunun sədri Li Kyunq-şik çıxış edərək, Azərbaycanda dəfələrlə səfərdə olduqlarını bildiriblər, Azərbaycan haqda təəssüratlarını bölüşüblər və Azərbaycan-Koreya əlaqələrinin inkişafı barəsində danışıblar. Çıxış edənlər həmçininXocalısoyqırımına münasibət bildirərək tarixdə hələ də bu kimi faciələrin təkrar baş verməsindən təəssüf hisslərini ifadə ediblər, o cümlədən, Koreya tarixində buna bənzər oxşar faciələrin mövcud olduğunu dilə gətiriblər.
Çıxışlardan sonra səfirliyin müşaviri Vaqif Cəfərov tərəfindən "Keçmişdən bu günə Azərbaycan” adlı təqdimat Koreya dilində tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Təqdimatda Azərbaycanın 20-ci əsrdə üzləşdiyi tarixi hadisələr və faciələr, Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticələri, Azərbaycanda həyata keçirilmiş uğurlu enerji strategiyası və siyasi islahatlar nəticəsində əldə olunmuş nailiyyətlər və siyasi sabitlik haqda təfsilatlı məlumatlar yer alıb. Sonra isəHeydər Əliyev Fondutərəfindən hazırlanmış və səfirliyin dəstəyi ilə Buta Tələbə təşkilatı tərəfindən Koreya dilinə tərcümə edilmiş "Xocalıya Ədalət” adlı video filim nümayiş etdirilib.
Tədbirin son hissəsində Azərbaycan və Koreya arasında ikitərəfli əlaqələrin inkişafında xidmətləri olan KR Milli Assambleyasının üzvləri Hvaqn Yonq-çol, Park Byonq-su və Park İn-suka, o cümlədən, "The Korea Post” media qurumunun sədrinə səfirlik tərəfindən xüsusi hazırlanmış fəxri fərqlənmələrtəqdim edilib. Öz növbəsində "The Korea Post” media qrupunun prezidenti Li Kyunq-şik Koreya və Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına göstərdikləri dəstəyə görə səfir Rəmzi Teymurov və millət vəkili Hvanq Yonq-çolu fəxri fərqlənmələrlə təltif edib.
Seminar çərçivəsində həmçinin Koreya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının iyirmi beşinci ildönümü ilə bağlı səfirlik tərəfindən hazırlanmış xüsusi loqonun təqdimatı keçirilib. Tədbirdən sonra millət vəkilləri və digər iştirakçılarla birgəXocalısoyqırımının və diplomatik münasibətlərin qurulmasının iyirmi beşinci ildönümünə həsr edilmiş foto sərgiyə baxış keçirilib.
banner

Oxşar Xəbərlər