• cümə axşamı, 28 mart, 20:18
  • Baku Bakı 13°C

“Xocalı soyqırımını törədənlər cəzalarını almalıdırlar”

26.02.18 16:47 1215
“Xocalı soyqırımını törədənlər cəzalarını almalıdırlar”
Türkiyəyə səfəri çərçivəsində Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Anadolu” agentliyinə açıqlama verib. Xocalı soyqırımının 26-cı ildönümü haqda danışan Ə.Həsənov, "dünyada haqq-ədalət olacaqsa, Xocalı soyqırımını törədənlər də cəzalarını almalıdırlar. İnsanlıq əleyhinə olan bu cinayətə hüquqi qiymət verilməlidir” - deyib.
O qeyd edib ki, Azərbaycan dövləti ermənilərin törətdiyi bu qətliamı dünyayatanıtdırmaq üçün çalışır: "10-dan çox ölkənin parlamentində Xocalısoyqırımı ilə bağlıqərarlar qəbul olunub. Əlbəttə, bu qətliamın tanınmasızaman tələb edir. Amma hesab edirik ki, dünyada haqq və ədalət olacaqsa, bu cinayəti törədənlər də cəzalarını almalıdırlar. Çünki bir gecədə yüzlərlə azərbaycanlı məhz azərbaycanlı və türk olduğu üçün qətl ediliblər. Burada məqsəd həmin torpaqlardan azərbaycanlıların çıxarılması və yerində arzuladıqları uydurma "Böyük Ermənistan” dövlətinin qurulması istəyi olub.Torpaq iddiasına görə, bir xalqın mənsublarını uşaq, qadın, yaşlı demədən qətl ediblər”.
Ə.Həsənov, həmçinin Hollandiya parlamenti nümayəndələr palatasının 1915-cı il qondarma "erməni soyqırımı”nı tanıması iləbağlı qərarına münasibət bildirib. Onun sözlərinə görə, parlamentlər soyqırımla bağlı qərarlar qəbul etməzdən əvvəl araşdırmalar aparmalıdır: "Tarixdə erməni soyqırımı olmayıb. Bu uydurma bir tələbdir və bu tələbi 100 ildir ki, ermənilər irəli sürür. Türk xalqından təzminat almaq üçün onu etmədiyibir şeydə təqsirləndirərək üzərinə gedirlər. Təəssüf edirik ki, dünyanın bir sıra dövlətləri bu məsələni araşdırmadanqərarlar qəbul edirlər. Bu qərarlara biz də etiraz edirik. Olmayan bir şeyə görə Türkiyəni günahlandırmaq ədalətsizlikdir. Türklərin 100 il əvvəl soyqırımı etdiyini deyənlər əvvəlcə arxivləri araşdırsınlar. Tarixçilər də bu məsələni araşdırsın. Onlarnə qərar verəcəksə, biz də onu qəbul edəcəyik. Ancaqbunu etmək istəmirlər, çünki belə bir soyqırımı olmayıb”.
Azərbaycan prezidentinin köməkçisi Suriyanın Afrin bölgəsində Türkiyənin həyata keçirdiyi "Zeytun budağı” əməliyyatı ilə bağlı da fikirlərini açıqlayıb: "Prezident Rəcəb Tayyib Ərdoğan hər çıxışında bildirir ki, Türkiyə Afrinə girərkən də, başqa hərbi əməliyyatlar həyata keçirən zaman da heç kimin torpağına göz dikməyib. Amma Türk xalqına olan basqılara, Türkiyənin bütövlüyünə yönələn təhdidlərə, onun ərazi bütövlüyünü və xalqın birliyini pozmaq istəyən terrorçulara qarşı Türkiyə dövləti amansız olub və belə də davam edəcək. Biz də gücümüzün çatdığı qədər Türkiyə dövlətinin yanında olacağıq. Biz Azərbaycan dövləti olaraq da bildirdik ki, Afrində həyata keçirilənəməliyyat Türkiyənin təhlükəsizliyi anlamında onun haqqıdır. Bu, Suriyanın torpağını ələ keçirmək, Afrini işğal etmək məqsədini daşımır. Orada Türkiyənin bütövlüyünə, təhlükəsizliyinə təhdid yaradan güclərə qarşı əməliyyat həyata keçirilir. Bu təhdidlər bitdikdən sonra Türkiyə yenə öz sərhədləri daxilində fəaliyyətini davam etdirəcək. Buna görə də Türkiyəni günahlandırmaq ədalətsizlikdir”.
Əli Həsənov vurğulayıb ki, Türkiyə və Azərbaycan dostluğu əbədidir: "Bunun təməlini öndərlərimiz qoyub. Böyük Atatürk "Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri isə Türkiyənin kədəridir” deyib. Azərbaycanın ümummilli lideri Heydər Əliyev də "Biz bir millət, iki dövlətik” deyib. Bizim taleyimiz, kədərimiz və sevincimiz eynidir. Azərbaycan və Türkiyə birlikdə olanda daha güclüdürlər.Biz bu dostluğu qorumaq üçün əlimizdən gələni edəcəyik.Kim bu xalqların arasına girəcəksə, üzüləcəkdir”.
Azər
banner

Oxşar Xəbərlər