• cümə axşamı, 18 aprel, 21:07
  • Baku Bakı 21°C

Xocalı soyqırımına hüquqi qiymət verilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanır

28.11.16 12:00 1020
Xocalı soyqırımına hüquqi qiymət verilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanır
AzərbaycandaXocalısoyqırımına hüquqi qiymət verilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanır.
APA-nın məlumatına görə, bu barədə Milli Məclisdə keçirilən "Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasına hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatında Milli Məclisin vitse spikeribahar Muradovabildirib.
Onun sözlərinə görə, Qarabağda bəzi cinayətlər törədən şəxslərin məsuliyyətə cəlb olunmasında məhdudiyyətlər mövcuddur və bu, aradan qalxmalıdır: "Qanun layihəsiXocalısoyqırımın 25 illiyi ərəfəsində açıqlanacaq. LayihəXocalısoyqırımına məruz qalanların hüquqlarının tapdalanmasına, bu cinayəti törədənlərin əməllərinə hüquqi qiymətin verilməsinə şərait yaradacaq”.
banner

Oxşar Xəbərlər