Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - Fotolar
Sumqayıt
Texnologiyalar Parkında Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım mərasimi
keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Daha
sonra "Sumqayıt Texnologiyalar Parkı” MMC-nin icraçı direktoru Sahib Musayev
çıxış edərək, müəssisədə hər il Xocalı soyqırımına
həsr olunmuş tədbir keçirildiyini vurğulayıb.Bu cür tədbirlərin keçirilməsinin
əhəmiyyətindən bəhs edən S. Musayev, bəşəriyyətin Xocalıda törədilən erməni vəhşiliyini
unutmaması üçüb vacib olduğunu qeyd edib.Bildirib ki, Xocalıda törədilən
soyqırım Azərbaycan tarixinin ən dəhşətli səhifələrindəndir.Ermənilər
tarix boyu Azərbaycan torpaqlarına göz dikiblər. Lakin xalqımız həmişə öz
torpağını qoruyub, milli azadlığını müdafiə edib. Xocalı soyqırımının dünya
ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə
kampaniyasının fəaliyyətini xüsusi qeyd edib.
Texnoparkın Texniki istehsalat şöbəsinin
rəis müavini Zirəddin İsmayılov isə çıxışı zamanı qeyd
edib ki, bu il Xocalı soyqırımındam 25 il ötür. Ermənilər havadarlarının köməyi
ilə bütün bəşəriyyətə qarşı qanlı cinayət törədiblər.Soyqırım zamanı 613
nəfər (63 uşaq, 106 qadın, 70 qoca) həlak olub. Xocalı sakinlərindən 487 nəfəri
ağır yaralanıb, 1275 nəfər isə əsir düşüb.O, həmçinin, Xocalının Dağlıq
Qarabağ hadisələrinin mərkəzində olmasından, şəhərin mühasirəsindən, əhalinin
özünü müdafiəsindən söhbət açıb. Bildirib ki,Xocalının işğalı Azərbaycanın
digər rayonlarının işğalının başlanğıcı oldu. Bu hadisələrdən sonra Birləşmiş
Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qəbul
olunmasına baxmayaraq, bu qətnamələr hələ də yerinə yetirilmir.
Anım tədbiri Yeni Azərbaycan
Partiyasının Sumqayıt şəhər təşkilatının Şura üzvü Vəzirxan Ənsərovun çıxışı ilə
davam edib. V. Ənsərov bildirib ki, Xocalı soyqırımı dünyada baş verən terror
aktlarının ən dəhşətlisidir. Bu soyqırım iki gün müddətində Azərbaycan xalqına
qarşı törədilmiş ən böyük qətliamdır. Bildirib ki, 7 min əhalisi olan şəhər 4
aylıq blokadadan sonra işğal olunmuşdur.1992-ci ilin fevralın 25-dən 26-a
keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366 motoatıcı
alayının zirehli texnikası ilə Xocalı şəhərinə hücum ediblər.Xocalı
şahidləri həmin gün törədilən vəhşiliklərdən bəhs edərkən məlum olur ki, ermənilər
dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan, patronlardan istifadə ediblər.
Xocalı soyqırımı bir çox dünya ölkələri tərəfindən tanınsa da, təəssüflər olsun
ki, ölkəmizə qarşı ikili standart tətbiq olunur. Bildirib ki, Xocalı şəhərində əsir
düşən 1275 nəfərdən 150 nəfəri haqqında hələ də məlumat yoxdur. O,
erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş, dünyada misli
görünməmiş vəhşilik və qəddarlığın Xatın, Xirosima, Holokost və digər faciələrlə
bir sırada dayandığını vurğulayıb. Sonda isə Azərbaycan
torpaqlarının azad olunacağına, şəhidlərin qanının yerdə qalmayacağına ümid
etdiyini qeyd edib.
Anım mərasiminin
sonunda Xocalı soyqırımını əks etdirən sənədli film
nümayiş olunub.