• cümə axşamı, 28 mart, 20:16
  • Baku Bakı 13°C

"Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir"

21.02.19 14:22 396
"Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir"
Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev Qafqaz Müsəlmanları İdarəsində "Xocalı Soyqırımı xalqın əbədi yaddaşındadır: Xocalıya ədalət!” adlı tədbirdə deyib.
B.Əliyev bildirib ki, tarixə qısa nəzər salsaq görərik ki, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlar, eyni zamanda deportasiyalar ilə müşahidə olunub: "1948-ci ildə sovet rəhbərliyi minlərlə azərbaycanlının Ermənistandan, öz əzəli torpaqlarından deportasiya edilməsi ilə bağlı qərar qəbul etdi. Səbəb isə bu göstərilirdi ki, xaricdə yaşayan ermənilərin Ermənistana yerləşdirilməsi üçün azərbaycanlılar buradan köçürülsün. Məgər o boyda SSRİ-də yer tapılmırdı ki, xaricdən gələn ermənilər yerləşdirilsin? Çox təəssüf ki, bu məqsədyönlü siyasət idi”.
Deputat vurğulayıb ki, Azərbaycan xalqına qarşı soyqırımı törətmiş cinayətkarların hərbi tribunallar qarşısında cavab verəcəyi gün uzaqda deyil: "Onlar üzərində məhkəmə qurulacaq, ədalət öz yerini tapacaq. Mən qətiyyən şübhə etmirəm ki, biz o torpaqlara qayıdacağıq”.
banner

Oxşar Xəbərlər