Xocalı soyqırımı bəşəriyyətə yönəlmiş cinayətdir
Bəşəriyyət neçə-neçə soyqırım aktlarının şahidi olub. Bu aktların hər biri
insanlığa qarşı törədilən cinayət kimi tarixə yazılıb. Ruanda hadisələri,
Yuqoslaviya qırğınları, Kambocada Pol Pot rejiminin törətdiyi cinayətlər və digər
soyqırım aktları artıq beynəlxalq ictimaiyyət tərəfindən tanınıb və beynəlxalq
cinayət kimi qəbul olunub. Təəssüflə qeyd etmək lazımdır ki, tarixdə analoqu
olmayan Azərbaycanlı soyqırımı indiyə qədər də öz lazımi qiymətini almayıb.
Tarixə nəzər saldıqda biz belə bir qanunauyğunluğun şahidi olarıq ki, harada pul, var-dövlət əldə etmək mümkünsə, ermənilər hamıdan əvvəl orda peyda olublar. Əvvəlcə yazıq,
zavallı, sözəbaxan işbazlar kimi cildə girib, özlərinə yer etdikdən sonra isə
quduzlaşıb, diş göstərib, arxada məkirli planlarını həyata keçiriblər. Mənfur
ermənilərin torpaqlarımızda görünmələri, Bakının düz mərkəzində öz kilsələrini
tikdirmələri, 1905-ci, 1918-ci illərdə və sonralar Bakıda, Gəncədə, Qarabağda,
İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda,
Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmələri,
dinc əhalinin amansızcasına qətlə yetirilmələri buna əyani sübutdur.
Tarixi həqiqətləri dünyaya çatdırmaq isə Ümumilli lider Heydər Əliyevin qətiyyətli
və gərgin fəaliyyəti nəticəsində həyata keçdi.Heydər Əliyevin 18 dekabr
1997-ci il tarixli "1948-1953-cü illərdə azərbaycanlıların ermənistan SSR ərazisindəki
tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” və 28 mart
1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında” fərmanları ilə uzun
illər gizli saxlanılan bu ümumxalq faciəsi öz hüquqi-siyasi qiymətini aldı,
tarixi yaddaşımız bərpa olundu.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama
salınması istiqamətində məhz Ulu öndər Heydər Əliyevin qətiyyətli və gərgin fəaliyyəti
nəticəsində 1994-cü il mayın 12-də atəşkəs haqqında razılıq əldə edildi və
bundan sonra ATƏT-inMinskqrupuçərçivəsində müntəzəm
olaraq danışıqlar aparılmağa başlandı. Daha sonra 1994-cü ildə Budapeştdə
keçirilən Zirvə toplantısında Azərbaycanın milli mənafeyini nəzərə alan qərar,
eləcə də 1996-cı ildə Lissabon Zirvə toplantısında münaqişənin nizamlanmasının
beynəlxalq hüquqi bazasını təşkil etmiş olan sənəd Ümummilli liderin siyasi
iradəsi sayəsində qəbul olundu.
ƏsasıÜmummilli lider tərəfindən qoyulmuş və bu gün cənab
Prezident İlham Əliyev tərəfindən uğurlahəyata keçirilən xarici
siyasət strategiyası dövlətlərarasıregional və beynəlxalq əlaqələrə
daha yaxındanqatılaraq, Şərq və Qərb dəyərlərinin sintezindən
yaranmış cəhətləri özündə əxz edərək, dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini
seçib. Bu seçimi reallaşdırmaq üçün Azərbaycan dövləti bir tərəfdən dünya təcrübəsini
öyrənərək, özünün iqtisadi və siyasiinkişaf modelini müəyyənləşdirir,
digər tərəfdən isə beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə uyğun olaraq öz
milli maraqlarını qoruyaraq dövlətlərarası əlaqələr yaradır.
Azərbaycanın dövlət rəhbərliyi, xaricdəki azərbaycanlı icmaları erməni təbliğatının
saxta tezislərini, onun əsl mahiyyətini ifşa etmək üçün davamlı və məqsədyönlü
fəaliyyət göstərirlər.
Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı Ermənistana
birləşdirmək niyyəti ilə 1988-ci ildə başlanan işğalçılıq müharibəsi və etnik təmizləmə
siyasəti nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi, yəni Dağlıq
Qarabağ, onun ətrafındakı daha 7 inzibati rayon işğal olunaraq, 1 milyon azərbaycanlı
ermənistan ərazisindəki tarixi torpaqlarından və Azərbaycanın işğal edilmiş
bölgəsindəki ata-baba yurdlarından didərgin salınıb, 18 mindən çox azərbaycanlı
qətlə yetirilib, 20 mindən çox dinc sakin yaralanıb, 50 mindən çox adam əlil
olub, 4 mindən çox adam əsir və itkin düşüb, girov götürülüb, 877 şəhər, kənd və
qəsəbə qarət edilib, dağıdılıb və yandırılıb.
1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı stansiyasında baş verən faciə
dünya tarixində misli görünməyən soyqırım aktı idi. Bəşər tarixində ən böyük
müsibətlərdən biri olan bu faciə zamanı bütöv bir şəhər erməni qoşunları tərəfindən
yerlə-yeksan edilib, 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın
vəhşicəsinə öldürülb, 487 nəfər şikəst edilib, 1275 sakin-qocalar, uşaqlar,
qadınlar əsir aparılaraq dəhşətli təhqirlərə, zülmə və həqarətə məruz qalıblar.
Bəşər tarixində iki misli görünməyən faciə baş verib: Xatın və Sonqmi faciələri.
Xocalı faciəsi bu hadisələrin öz müdhişliyi, dəhşəti və insanlığa sığmayan
hadisələri ilə geridə qoydu. Xocalı faciəsi dünyada analoqu olmayan soyqırım
aktı kimi tarixə düşdü.
Ermənilər tərəfindən qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın
aktı həmin ərazidə yaşayan insanların məhz azərbaycanlı olduqlarına görə həyata
keçirilib. Məlum olduğu kimi, məhdud coğrafi zonada konkret millətə, irqə və ya
etnik qrupa qarşı törədilmiş cinayətlər keçmiş Yuqoslaviya üçün qəbul edilmiş
Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsində soyqırım aktı kimi qiymətləndirib.
Eyni zamanda 1976-cı il Beynəlxalq Hüquqi Komissiya beynəlxalq cinayət
anlayışını formalaşdırıb. Soyqırım, ətraf mühitin çirklənməsi, maddi-mədəniyyət
abidələrinə zərər yetirilməsi və s. beynəlxalq cinayət hesab olunub. Ermənilərin
azərbaycanlılara qarşı törətdiyi əməllər hər üç maddə üzrə beynəlxalq cinayətdir.
Ermənilər azərbaycanlılara qarşı soyqırım aktları törətməklə yanaşı ətraf
mühitin çirklənməsinə bais olmuş, külli miqdarda maddi-mədəniyyət abidələrimizə
zərər veriblər. 1918-ci ildə Şamaxı qırğınları zamanı, Şamaxı Cümə Məscidi də
daxil olmaqla maddi-mədəniyyət abidəsi məhv edilib.
1992-ci ildə ermənilər Şuşada daha bir vandalizmi həyata keçirdilər. Azərbaycanın
görkəmli mədəniyyət xadimlərinin heykəl və büstləri güllələdilər. Erməni vəhşiliyinin
şahidi olan bu sənət nümunələrihazırda Bakı İncəsənət Muzeyində qorunur.
Buna baxmayaraq, Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də
münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in
sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq onun işində müntəzəm və əməli şəkildə
iştirak edir. Bu da münaqişənin nizama salınması istiqamətində aparılan
danışıqlarda Azərbaycanın ilk növbədə sülh variantına üstünlük verdiyinə
sübutdur.
Bu gün dövlət başçısı cənab İlham Əliyevin yürütdüyü siyasət, Azərbaycanın
regionda və dünyada müttəfiqlərinin sayını xeyli artırıb. Ümummilli lider Heydər
Əliyevin xarici siyasət kursunu novatorcasına davam etdirən cənab İlham Əliyev,
yüksək diplomatik istedadı sayəsində ölkəmizin
dünyanınsiyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə
və beynəlxalq təşkilatlarla münasibətlərini keyfiyyətcə yeni müstəvidə daha da
inkişaf etdirib. Nəticədə, Azərbaycan yalnız regionda gedən proseslər deyil,
eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsirgöstərmək
imkanı qazanıb. Ona görə də, bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli
bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları Azərbaycan rəhbərinin
mövqeyi ilə hesablaşırlar.
Pərvin Kərimzadə
Millət vəkili, Gəncə Dövlət
Universitetinin (GDU) Elm və innovasiyalar üzrə prorektoru, tarix elmləri namizədi, dosent