• cümə, 19 Aprel, 16:57
  • Baku Bakı 25°C

Xocalı qurbanlarının xatirəsi Minskdə yad edilib

26.02.14 16:51 1336
Xocalı qurbanlarının xatirəsi Minskdə yad edilib
Belarus Azərbaycan İcmaları Konqresinin, Belarus Azərbaycanlı Gənclər Birliyinin və Azərbaycanın Belarusdakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən anım mərasimində Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, Azərbaycanın Belarusdakı səfiri Isfəndiyar Vahabzadə çıxış edərək 22 il bundan öncə Xocalı şəhərində törədilən misligörünməmiş vəhşilikləri, ermənilərin son iki əsrdə Azərbaycan xalqına qarşı həyata keçirtdikləri soyqrımı siyasətinin məntiqi davamı kimi dəyərləndiriblər.
Azərbaycan Teleradio Verilişləri QSC-nin Ukrayna və Şərqi Avropa Ölkələri üzrə xüsusi müxbiri Möhsüm Qədiroğlunun Kaspi.az-a verdiyi məlumata görə mərasimdə Xocalı qurbanlarının qanının yerdə qalmayacağını vurğulayan natiqlər hərbi və iqtisadi qüdrətinə görə bölgədə lider dövlətə çevrilən Azərbaycanın istənilən vaxt işğal altında olan torpaqlarını geri qaytarmağa qadir olduğunu diqqətə çatdırıblar. Beynəlxalq təşkilatların və dünya birliyinin erməni qəsbkarlarının Xocalı şəhərində törətdikləri vəhşiliklərə hüquqi-siyasi qiymət verməmələrini dünyada hökm sürən ikili standartların məntiqi nəticəsi kimi səciyyələndiriblər: “Biz vətənimizin sıravı əsgərləriyik. Azrbaycanın ali baş komandanı İlham Əliyevin bir əmri bəs edər ki, hamimiz silaha sarılaraq qısa bir müddətdə torpaqlarımızı düşmən tapdağından azad edək. Bu gün iqtisadi böhran içərisində yaşayan Ermənistan dövləti bu reallıqları nəzərə almasa qüdrətli Azərbaycan ordusunun qarşısında diz çökməli olacaq”- deyə Natiq Bağırov bildirib.
Anım mərasimində Belarus Azərbaycanlı Gənclər Birliyinin sədri Elvira İmanova, Azərbaycan dili və mədəniyyəti mərkəzinin rəhbəri Elanura Hüseynova və digər gənclər çıxış edərək 5 il bundan öncə Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində “Xocalıya ədalət” kompaniyası çərçivəsində həyata keçirilən tədbirlərin erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadığını vurğulayıblar. Xocalı soyqrımının dünya ictimaiyyətində çatdırılmasında Azərbaycan gəncliyinin üzərinə düşən vəzifələrdən bəhs ediblər. Sonra tədbirə qatılanlar Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış “Xocalı harayı” filminə baxmaqla ermənilərin Xocalı şəhərində uşaqlara, qadınlara, qocalara və dinc əhaliyə qarşı həyata keçirtdikləri vəhşiliklərlə tanış olublar. Sonda mərasim iştirakçıları adından Xocalı soyqrımına hüquqi-siyasi qiymət verilməsi üçün beynəlxalq təşkilatlara müraciət qəbul olunub.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər