• şənbə, 20 Aprel, 06:39
  • Baku Bakı 14°C

Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət edilib

27.02.15 15:59 835
Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət edilib

İyirmi üç il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər. Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış həmin gecə erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan ediblər.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilib, 487 nəfər əlil olub, 1275 dinc sakin əsir götürülüb, 155 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı faciəsi qurbanlarının xatirəsini yad ediblər.
Fevralın 26-da Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının kollektivi, rayonun ictimai həyatında iştirak edən fəal gənclər, rayon ictimaiyyəti də Xətai rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Ziyarət zamanı faciə qurbanlarının əziz xatirəsi yad edilib, abidənin önünə tər çiçəklər düzülüb.
Kaspi.az
banner

Oxşar Xəbərlər