• şənbə, 20 Aprel, 09:10
  • Baku Bakı 14°C

Xızıda toqquşan maşınların sürücüləri arasında mübahisə olub, bir nəfər qətlə yetirilib

17.01.18 10:20 772
Xızıda toqquşan maşınların sürücüləri arasında mübahisə olub, bir nəfər qətlə yetirilib
Bu gün səhər saatlarında Xızı rayonunda qətl hadisəsi qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xızının Giləzi qəsəbə sakinləri - 1980-ci il təvəllüdlü Cəfərov Vaqif Süleyman oğlunun idarə etdiyi "Chevrolet Niva” markalı avtomobillə 1977-ci il təvəllüdlü Məmmədov Qabil Abil oğlunun idarə etdiyi "VAZ 21 06” markalı maşın toqquşub. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb. Nəticədə Q. Məmmədov V. Cəfərovu sinəsindən bıçaqlayaraq öldürüb. Hadisədən sonra V. Cəfərov qaçıb.
Faktla bağlı Xızı rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırmalar davam etdirilir.
banner

Oxşar Xəbərlər