• çərşənbə axşamı, 23 aprel, 20:56
  • Baku Bakı 20°C

Xızıda ağır yol qəzası ilə bağlı cinayət işi açılıb

29.05.16 21:00 1342
Xızıda ağır yol qəzası ilə bağlı cinayət işi açılıb
Ötən gün axşam saatlarında Xızı rayonunun Xələflər kəndi ərasinində baş verən ağır yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

Bu barədəAPA-nın yerli bürosuna Xızı rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümü) cinayət işi başlanıb.

Hələlik saxlanılan yoxdur. Avtobusun sürücüsü hadisə zamanı ağır bədən xəsarətləri alıb və hazırda xəstəxanadadır.

Qeyd edək ki, ötən gün Xızı rayonu ərazisində "Hyundai” markalı mikroavtobus aşıb. Qəza nəticəsində 3 nəfər ölü, 21 nəfər xəsarət alıb.

banner

Oxşar Xəbərlər