AZE | RUS | ENG |


Xızıda daha 101 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda daha 101 ədəd partlamamış hərbi sursat aşkarlanıb
Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.
 
ANAMA-dan APA-ya daxil olan məlumata əsasən, yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi, Sitalçay və Məşədi Həsən kəndləri ərazisində əkin sahəsinə, yol kənarına və kənd qəbirstanlığının yaxınlığına, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 101 ədəd partlamamış hərbi sursat (PHS), 48 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 313 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 296 500 kv.m  (29.65 ha) ərazi yoxlanılıb.
 
Ümumiyyətlə, 35 gün ərzində 10 726 ədəd partlamamış hərbi sursat (PHS), 4 420 ədəd partlamış-yanmış sursat qalıqları və 20 561 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 40 357 728 kv.m (4 036 ha) ərazi yoxlanılıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6853
GBP 1 İngilis funt sterlinqi 2.2538
TRY 1 Türk lirəsi 0.4659
KWD 1 Küveyt dinarı 5.6320
SEK 1 İsveç kronu 0.2095
EUR 1 Avro 2.0028
CHF 1 İsveçrə frankı 1.7405
USD 1 ABŞ dolları 1.7003