Xızıda ağır yol qəzası olub, 4 nəfər ölüb

Xızıda ağır yol qəzası olub, 4 nəfər ölüb

Kriminal
02 Noyabr 2019, 10:07 381
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xızı rayonu ərazisində "Mercedes” və "Lada” markalı iki minik avtomobili toqquşub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.​