• cümə, 29 Mart, 10:32
  • Baku Bakı 5°C

XİN Zaxarovanın Azərbaycan jurnalistləri ilə bağlı açıqlamasına münasibət bildirib

28.04.17 12:25 609
XİN Zaxarovanın Azərbaycan jurnalistləri ilə bağlı açıqlamasına münasibət bildirib
"Dilqəm Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlayışla qəbul etmək lazımdır".
APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev rusiyalı həmkarı Mariya Zaxarovanın erməni girovluğunda olan Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi ilə bağlıAPA-nın Moskva müxbirinin sualına aqressiv reaksiya verərək, Azərbaycan jurnalistlərinin ünvanına xoşagəlməz ifadələr işlətməsinə münasibət bildirərkən deyib.
"Nəzərə almaq lazımdır ki, Azərbaycanın işğal olunmuşKəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi Azərbaycan xalqının daim diqqət mərkəzində olan məsələdir. Kütləvi informasiya vasitələri də ictimai rəyin güzgüsüdür". - deyə H. Hacıyev vurğulayıb.
banner

Oxşar Xəbərlər