• şənbə, 27 Aprel, 01:39
  • Baku Bakı 14°C

XİN: Vəziyyətin gərginləşməsinə xidmət edən qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür

15.02.20 20:45 1131
XİN: Vəziyyətin gərginləşməsinə xidmət edən qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür
Fevralın 15-də Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs kobud şəkildə pozulub və düşmən qüvvələrinin snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Seymur Ələsgərov şəhid olub.
AZƏRTACxəbər verir ki, məsələyə münasibət bildirən Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib: "Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin Münxen Təhlükəsizlik Konfransı çərçivəsindəki görüşü ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu təxribat onu göstərir ki, işğalçı ölkə bu ilin yanvar ayında hər iki ölkənin Xarici İşlər nazirlərinin görüşündən əvvəl olduğu kimi, ATƏT-in Minsk qrupunun həmsədrlərinin rəhbərliyi altında aparılan sülh prosesinə davamlı şəkildə xələl gətirir və hətta onu pozmağa çalışır. Vəziyyətin gərginləşməsinə xidmət edən bu qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.
Allah şəhidimizə rəhmət eləsin”.
banner

Oxşar Xəbərlər