XİN: Türkiyə zəlzələ fəsadlarının aradan qaldırılmasında İrana yardım etməyə hazırdır
Türkiyə zəlzələnin fəsadlarının aradan qaldırılmasında qardaş İran xalqına yardım etməyə hazırdır.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Türkiyə güclü zəlzələ ilə əlaqədar İrana başsağlığı bildirib.