• cümə, 29 Mart, 17:12
  • Baku Bakı 14°C

XİN: Türkiyə Liviyada vəziyyətin gərginləşməsindən narahatdır

28.05.17 18:22 864
XİN: Türkiyə Liviyada vəziyyətin gərginləşməsindən narahatdır
Türkiyə Liviyada vəziyyətin gərginləşməsindən narahatdır və bu ölkənin bütün ərazisində silahlı toqquşmaları dayandırmağa çağırır.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə XİN-nin yaydığı bəyanatda deyilir.
"26 may tarixində Tripoli rayonunda baş verən toqquşmalar ciddi narahatlıq doğurur. Fikir ayrılığının aradan qaldırılmasının yeganə yolu danışıqlardır. Tərəfləri Liviyanın təhlükəsizlik və sabitliyini pozan addımlardan çəkinməyə çağırırıq", - bəyanatda deyilir.
Qeyd edək ki, Tripoli rayonunda son toqquşmalarda 25 nəfər həlak olub, 50-yə yaxın insan yaralanıb.
banner

Oxşar Xəbərlər