• cümə, 29 Mart, 06:27
  • Baku Bakı 5°C

XİN rəhbərlərinin görüşünün VAXTI və YERİ məlum oldu

03.12.18 12:45 368
XİN rəhbərlərinin görüşünün VAXTI və YERİ məlum oldu
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı və yeri məlum olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin v.i.e. Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endryu Sxofer – ABŞ) vasitəçiliyi ilə 5 dekabr tarixində Milanda görüş keçiriləcək.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.
Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
banner

Oxşar Xəbərlər