• çərşənbə axşamı, 16 aprel, 21:21
  • Baku Bakı 18°C

XİN rəhbərlərinin görüş yeri və tarixi açıqlandı

08.02.19 13:37 591
XİN rəhbərlərinin görüş yeri və tarixi açıqlandı
Azərbaycan və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov və Məhəmməd Cavad Zərif fevral ayında Tehranda görüşəcəklər.
Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə mətbuat konfransında deyib.
Diplomat bildirib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevral ayının sonunadək İrana səfər edəcək.
Görüş zamanı tərəflər iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəklər.
Xatırladaq ki, 2017- ci ilin sonu və 2018-ci ildə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif 6 dəfə Azərbaycan və Naxçıvana səfər edib.
banner

Oxşar Xəbərlər