• şənbə, 20 Aprel, 03:32
  • Baku Bakı 15°C

XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

06.03.17 09:00 791
XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər
Azərbaycan xarici işlər naziriElmar Məmmədyarovvə Rusiya XİN rəhbəriSergey LavrovDağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə,Elmar Məmmədyarovrusiyalı həmkarınındəvəti ilə Moskvada rəsmi səfərdədir.
Məlumata əsasən, Rusiya və Azərbaycan XİN rəhbərləri arasında martın 6-da danışıqlar aparılacaq.
"XİN rəhbərləri ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini, regional və beynəlxalq gündəmin əsas aspektlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər. RusiyaATƏT-in Minsk Qrupunun həmsədri qismində20 ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal rol oynayır.Coğrafi yaxınlıq,xalqlarımızın ümumi tarixi nəzərə alınmaqla bizim üçün münaqişənin həlli böyük önəmə malikdir və ölkənin xarici siyasətinin prioritetlərinə daxildir", Rusiya XİN-nin səfərlə bağlı yaydığı açıqlamada bildirilir.
banner

Oxşar Xəbərlər