• şənbə, 20 Aprel, 16:09
  • Baku Bakı 23°C

XİN: Qarabağ münaqişəsi zonasında insidentlərin araşdırılması ideyası Rusiyaya məxsusdur

17.11.16 17:56 789
XİN: Qarabağ münaqişəsi zonasında insidentlərin araşdırılması ideyası Rusiyaya məxsusdur
"Dağlıq Qarabağ münaqişəsi zonasında silahlı insidentlərin araşdırılması mexanizmləri ideyasının müəllifi Rusiyadır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hələ 2011-ci ildə Soçidə keçirilən Azərbaycan Rusiya və Ermənistan prezidentlərinin görüşündə Rusiya Dağlıq Qarabağ münaqişəsi zonasında silahlı insidentlərin araşdırılması mexanizmləri işlənib hazırlanması ideyası ilə çıxış edib.

"ATƏT-in Minsk qrupunun həmsədrləri vəATƏTsədrinin şəxsi nümayəndəsinin köməkçisi bu mexanizmlərin layihəsini birlikdə hazırladılar. Daha sonra bu mexanizmlərATƏT-in ekspertləri tərəfindən yenidən işlənildi. Vyana sammitində isə qısa müddətdə bu işin sona çatdırılması haqqında razılıq əldə olundu. Lakin bu ilin iyununda üç ölkə prezidentinin iştirak etdiyi Sankt-Peterburqda keçirilən sammitində bu məsələ ilə bağlı təəssüflər olsun ki, razılıq əldə olunmadı. Azərbaycan tərəfi münaqişə bölgəsində hərbi insidentlərin araşdırılmasına ehtiyac olmadığını israr etdi. Belə ki, həmin anda münaqişə bölgəsində vəziyyət sabit idi. Nəticədə mexanizm mövzusu Sankt-Peterburq görüşünün yekunlarına dair birgə qəbul olunan bəyanatda qeyd olunmadı. Bizim fikrimizcə, mexanizm məsələsi aktual olaraq qalır", - deyə M. Zaxarova bildirib.
banner

Oxşar Xəbərlər