• şənbə, 20 Aprel, 19:40
  • Baku Bakı 24°C

XİN: Qanunsuz səfər edənlər arzuolunmaz şəxs sayılacaq

18.09.13 17:00 1530
XİN: Qanunsuz səfər edənlər arzuolunmaz şəxs sayılacaq
Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Kaliforniya ştatının nümayəndə heyətinin Azərbaycanın işğal altındakı ərazilərinə planlaşdırılan səfərinə münasibət bildirib. APA-nın xəbərinə görə, Ermənistan mediasında bu barədə yayılan məlumatları şərh edən Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev Bakının qanunsuz səfərlərlə bağlı mövqeyinin dəyişmədiyini bəyan edib:
“Yayılan siyahıda əsasən erməni lobbisinin radikal dairələrinin nümayəndələri qeyd olunub. Bu, bir daha göstərir ki, işğal olunmuş ərazilərimizə gedən insanların bir qismi aldadılaraq ora aparılır, digər qismi isə ermənilər və ya erməni lobbisinin nümayəndələridir”.
E. Abdullayev deyib ki, siyahıda adı olan Los Anceles şəhər şurasının üzvü Bob Blumenfild Azərbaycanın bu şəhərdəki Baş Konsulluğuna müraciət edərək Dağlıq Qarabağa səfər etmək istədiyini bildirib: “Digər şəxslərə gəldikdə isə, Azərbaycan öz prinsipial mövqeyinə sadiq qalır. Ölkəmizin işğal altındakı ərazilərinə qanunsuz səfər edənlərin adları arzuolunmaz şəxslər siyahısına salınacaq”.
Mətbuat katibinin sözlərinə görə, Azərbaycan tərəfinə işğal olunmuş ərazilərə qanuni səfər etmək istəyənlərdən müraciətlər daxil olmağa davam edir. Belə ki, “The New York Times” qəzetinin bir neçə jurnalisti – Devid Herzenhorm, Ceyms Hill, Ben Solomon, Noa Snayder və Viktor Klimenko Azərbaycan XİN-ə müraciət edərək işğal olunmuş ərazilərə getmək istədiklərini söyləyiblər. Onlar münaqişənin obyektiv işıqlandırılacağı məqalələr yazmaq istədiklərini, bu səbəblə Bakıya da səfər etməyi planlaşdırdıqlarını vurğulayıblar.
banner

Oxşar Xəbərlər