AZE | RUS | ENG |

XİN prezident seçkilərinə hazırlıq işləri ilə əlaqədar məlumat yayıb

XİN prezident seçkilərinə hazırlıq işləri ilə əlaqədar məlumat yayıb
Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında prezident seçkilərinin təşkili məqsədilə gücləndirilmiş rejimdə zəruri tədbirlər görülməkdədir.
 
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla əlaqədar olaraq, Xarici İşlər Nazirliyinin müvafiq idarələrinin əməkdaşlarından ibarət işçi qrup yaradılıb və Mərkəzi Seçki Komissiyası ilə əlaqələndirilmiş şəkildə iş aparılır.

Seçki Məcəlləsinin 2.3.-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları seçkilərin və referendumun keçirilməsi zamanı Azərbaycandan kənarda yaşayan Azərbaycan vətəndaşlarının Azərbaycan Respublikası Konstitusiyasının 3-cü və 56-cı maddələrində nəzərdə tutulan (seçki) hüquqlarının həyata keçirilməsinə kömək göstərməlidirlər.

Eyni zamanda, Azərbaycan prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin 4.12.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları konsul dairəsində yaşayan və (və ya) müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarına seçki hüquqlarını həyata keçirmələrinə köməklik göstərir.
 
Seçki Məcəlləsinin 35.6.-cı maddəsinə əsasən, səsvermə günü xarici dövlətlərdə olan seçicilərin səs verməsi və səslərinin hesablanması üçün seçki məntəqələri seçicilərin olduğu ərazilərdə Azərbaycanın diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olduqda səsvermə gününə azı 30 gün qalmış yaradılır. Bununla əlaqədar, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 27 iyun 2003-cü il tarixli 4/25 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikası Prezidentinin seçkilərinin və referendumun təşkili haqqında Təlimat” mövcuddur.

Mərkəzi Seçki Komissiyasının təşəbbüsü əsasında Azərbaycan prezidenti seçkilərinin təşkili ilə əlaqədar metodik təcrübə mübadiləsi məqsədilə 13 mart 2018-ci il tarixində Xarici İşlər Nazirliyində Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti, Xarici İşlər Nazirliyinin tərkibindəki sözügedən İşçi qrupunun üzvlərinin iştirakı ilə təlimin keçirilməsi nəzərdə tutulub.
 
Hazırda Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında konsulluq qeydiyyatında olan 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının –aktiv seçki hüququna malik seçicilərin sayı barədə məlumatlar XİN tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
 
32 ölkədə yerləşən Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında aşağıdakı qaydada 41 məntəqədə seçki məntəqəsi yaradılması planlaşdırılır.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176