• cümə axşamı, 28 mart, 13:28
  • Baku Bakı 16°C

XİN Paşinyanı təkzib etdi - Zöhrab Mnatsakanyan vəzifəsindən azad edildi

16.11.20 17:15 454
XİN Paşinyanı təkzib etdi - Zöhrab Mnatsakanyan vəzifəsindən azad edildi

Ermənistan hökumətinin daxilində fikir ayrılıqları güclənməyə başlayıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, Xarici İşlər Nazirliyi baş nazir Nikol Paşinyanın Şuşa ilə bağlı fikirlərini təkzib edib.
Qeyd edək ki, N.Paşinyan Ermənistanın qarşısında Şuşa şəhərinin və Dağlıq Qarabağ ətrafında yedd rayonun Azərbaycana verilməsi, əks təqdirdə müharibənin başlayacağı barədə seçimin olduğunu demişdi.
Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan isə bildirib ki, heç bir variantda Ermənistanın Şuşanı verməsi təklifi mövcud olmayıb.
Eyni zamanda, erməni mətbuatında xarici işlər naziri Zöhrab Mnatsakanyanın istefa verməsi məlumatı verilib. Ermənistan baş naziri Nikol Paşinyan Zöhrab Mnatsakanyanın istefasını qəbul edib
X X X
15.55
Nikol Paşinyan, Xarici İşlər naziri Zöhrab Mnatsakanyanı vəzifəsindən azad edib.
Trend bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.
banner

Oxşar Xəbərlər