• şənbə, 20 Aprel, 07:11
  • Baku Bakı 14°C

XİN nümayəndəsi: “Avropa İttifaqı ilə dialoq bizim üçün prioritet sahələrdən biridir”

21.04.17 13:20 1544
XİN nümayəndəsi: “Avropa İttifaqı ilə dialoq bizim üçün prioritet sahələrdən biridir”
"Azərbaycan prezidentinin bu yaxınlarda Brüsselə səfəri zamanı Azərbaycan vəAvropa İttifaqıarasında yeni tərəfdaşlıq sənədi üzrə danışıqlara rəsmi start verilib. BizAvropa İttifaqıilə turizm, təhsil, mədəniyyət, kiçik və orta sahibkarlığa dəstək və s. sahələr üzrə dialoqu genişləndirməkdə maraqlıyıq”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin İnsan hüquqları və demokratiya idarəsinin Qanunun aliliyi və demokratiya şöbəsinin müdiri Aysel Yaqubova "Dövlət qulluğu sistemində məlumat bazalarının yaradılması və idarə edilməsi” mövzusunda seminarda çıxışı zamanı deyib.
O bildirib ki, "Şərq tərəfdaşlığı” proqramı digər sahələrlə yanaşı, dövlət qulluğu sahəsində islahatların aparılması təcrübəsini də gücləndirəcək. A. Yaqubova qeyd edib ki, bu proqramAvropa İttifaqı, eyni zamanda iştirakçılar arasında əməkdaşlığın, qarşılıqlı əlaqələrin formalaşması üçün səmərəli platformalardan biridir: "Avropa İttifaqıilə dialoqun aparılması bizim üçün prioritet sahələrdən biridir və ikitərəfli əlaqələrin inkişafında çox vacibdir. "Şərq tərəfdaşlığı”nın platformaları və panelləri ölkələr arasında ən yaxşı təcrübələrin və biliklərin mübadiləsi baxımından səmərəli vasitələrdən biridir”.
banner

Oxşar Xəbərlər