AZE | RUS | ENG |

XİN: Nazirlər arasında danışıqların gələn ay davam etdirilməsi razılaşdırılıb

XİN: Nazirlər arasında danışıqların gələn ay davam etdirilməsi razılaşdırılıb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri v.i.e Zöhrab Mnatsakanyan arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsi aparılıb. Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən E.Məmmədyarov və Z.Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə bu gün Parisdə keçirilmiş görüşü şərh edərkən bildiriblər. Qeyd olunub ki, ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb. Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917