• cümə axşamı, 25 aprel, 13:40
  • Baku Bakı 23°C

XİN: NATO sammitinin Azərbaycanın ərazi bütövlüyünə dəstəyiniı təqdir edirik

12.07.18 18:37 293
XİN: NATO sammitinin Azərbaycanın ərazi bütövlüyünə dəstəyiniı təqdir edirik
AzərbaycanXarici İşlər Nazirliyibəyanat yayıb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:

"Azərbaycan prezidentiİlham Əliyev10-12 iyul 2018-ci il tarixlərində Belçika Krallığının paytaxtı Brüssel şəhərində işgüzar səfərdə olub. Prezidentİlham Əliyevsəfər zamanıNATO-nun Zirvə Toplantısı çərçivəsində Şimali Atlantika Şurasının "Qətiyyətli Dəstək” üzrə Əməliyyat Tərəfdaş Dövlətləri və potensial Əməliyyat Tərəfdaş Dövlətləri ilə birlikdə dövlət və hökumət başçıları səviyyəsində iclasında iştirak edib. İclasda Prezidentİlham Əliyevçıxış edib.NATOüzv dövlətləri zirvə toplantısının yekununda qəbul etdikləri kommünikedə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə ediblər. 2006-cı ildən başlayaraqNATOüzv dövlətləri zirvə toplantılarının yekununda qəbul olunan bəyanatlarda Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə davamlı olaraq dəstəklərini ifadə edirlər”.

Qeyd olunub ki, Azərbaycan RespublikasıAvropa İttifaqıvəNATOüzv dövlətləri tərəfindən müvafiq olaraqAvropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri Sənədi vəNATO-nun Brüssel zirvə toplantısının kommünikesində növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə, o cümlədən sərhədlərinin toxunulmazlığına hörmət və dəstəyin ifadə olunmasını təqdir edir: "Beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı əsasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət edilməsi və dəstək beynəlxalq münasibətlərin əsasını təşkil edir, davamlı sülh və təhlükəsizliyi şərtləndirən vacib amildir”.
banner

Oxşar Xəbərlər