• cümə, 29 Mart, 14:55
  • Baku Bakı 14°C

XİN: “Nalbandyanın BMT TŞ-nin qətnamələrinə həqarətli münasibəti BMT nizamnaməsinə hörmətsizliyi nümayiş etdirir"

09.02.18 13:41 778
XİN: “Nalbandyanın BMT TŞ-nin qətnamələrinə həqarətli münasibəti BMT nizamnaməsinə hörmətsizliyi nümayiş etdirir"
"Ermənistan xarici işlər nazirininBMTTəhlükəsizlik Şurasının qətnamələrinə bu cür həqarətli münasibəti dövlət olaraq Ermənistanın əsl simasını, beynəlxalq hüququn norma və prinsiplərinə,BMTnizamnaməsinə hörmətsizliyininümayiş etdirir”.
Bu sözləri APA-ya açıqlamasındaXarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard NalbandyanınATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşündə səsləndirdiyi fikirləri şərh edərkən deyib.
O bildirib ki, ErmənistanBMT-nin üzvüdür vəBMTnizamnaməsinə əsasənBMTTŞ-nın qətnamələrinin yerinə yetirilməsinə məsuliyyət daşıyır: "BMTnizamnaməsinə görə digər dövlətə qarşı gücdən istifadə, təcavüz və işğal əməllərinin törədilməsi qadağandır və beynəlxalq cinayətdir.BMTTŞ-nın qətnamələrinin tələbləri icra edilməyənə qədər gündəmdədir.ATƏTMinsk Qrupunun həmsədrlərinin mandatının əsasını məhzBMTTŞ-nın qətnamələri təşkil edir.BMTTəhlükəsizlik Şurasının məlum qətnamələriBMTTŞ-nın daimi üzvləri olaraqATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən yekdilliklə qəbul olunub, bu qətnamələrdə Azərbaycana qarşı gücdən istifadə edilməsi pislənilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsbit olunaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və tam çıxarılması tələb olunub”.
Hikmət Hacıyevin sözlərinə görə, Ermənistan xarici işlər naziri və onun digər həmkarlarının bu cür isterik, təşviş və saxta emosiyalarla dolu açıqlamaları Ermənistanda qarşıdan gələn seçkilər və onların öz gələcək taleləri ilə bağlı ciddi narahatlıqları ilə əlaqədardır: "Erməni xalqı, o cümlədən xaricdə yaşayan və özünü erməni diasporu adlandıran dairələr yaxşı başa düşürlər ki, Ermənistanın indiki hakimiyyəti Ermənistanı uçuruma, iflasa və yalnız xülyalarda olan müstəqillik və suverenliyə doğru aparır. Reallıqda isə Ermənistanın suverenlik və müstəqilliyindən əsər-əlamət yoxdur”.
Qeyd edək ki, ötən günATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistana səfəri çərçivəsində onlarla görüşən xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanı əldə olunan razılaşmalara əməl etməməkdə ittiham edib.
banner

Oxşar Xəbərlər