• çərşənbə, 24 Aprel, 06:57
  • Baku Bakı 13°C

XİN Məmmədyarovla Mnatsakanyanın görüşəcəyini təsdiq edib

08.10.18 14:22 400
XİN Məmmədyarovla Mnatsakanyanın görüşəcəyini təsdiq edib
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın növbəti görüşü bu ilin sonuna planlaşdırılır.
Bu barədə özəl olaraq Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
L.Abdullayeva qeyd edib ki, bu ilin 26 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə baş tutan görüşündən sonra həmsədrlər tərəfindən verilmiş açıqlamada da qeyd edildiyi kimi, həmsədrlərin yaxın zamanda bölgəyə səfərinin həyata keçirilməsi və cari ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün keçirilməsi nəzərdə tutulur.
Görüşün detalları diplomatik kanallar vasitəsilə razılaşdırılır.
banner

Oxşar Xəbərlər