• cümə, 29 Mart, 03:10
  • Baku Bakı 7°C

XİN: Meksikada xəsarət alanlar arasında azərbaycanlı yoxdur

20.09.17 11:20 1033
XİN: Meksikada xəsarət alanlar arasında azərbaycanlı yoxdur
"Meksikada baş verənzəlzələnəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur".
BunuAPA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H. Hacıyev bildirib ki, Meksikada məhdud sayda azərbaycanlı yaşayır: "Həmin ölkədə bir neçə azərbaycanlı ailəsi yaşayır.Zəlzələilə əlaqədarAzərbaycanın Meksikadakı səfirliyi tərəfindən ölkədə yaşayan və konsulluqda qeydiyyatda olan bütün vətəndaşlarla əlaqə saxlanılıb. Bizim vətəndaşlar arasında xəsarət alan yoxdur”.
Qeyd edək ki, Meksikanın Puebla de Saraqosa şəhəri yaxınlığında maqnitudası 7,1 olanzəlzələbaş verib. Zəlzələnin episentri Puebla de Saraqosa şəhərindən 49 km cənub-qərbdə və Tepeoxuma yaşayış məntəqəsindən 8 km aralıda, yerin səthindən 60 km dərinlikdə qeydə alınıb.Zəlzələnəticəsində ölənlərin sayı 226 nəfərə çatıb.
banner

Oxşar Xəbərlər