• şənbə, 20 Aprel, 06:40
  • Baku Bakı 14°C

XİN: Mançesterdə ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

23.05.17 14:40 899
XİN: Mançesterdə ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur
"Son məlumata görə, Mançesterdəki partlayışda ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olması qeydə alınmayıb”.
BunuAPA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. "Amma məsələ ilə əlaqədar səfirliyimiz Böyük Britaniyanın müvafiq qurumları ilə təmaslarını davam etdirir. Əlavə yeni xəbər olduğu təqdirdə, məlumat veriləcək”, - deyə o əlavə edib.
Qeyd edək ki, Mançester şəhərində amerikalı müğənni Ariana Qrandenin konserti zamanı törədilən terror aktında ölənlərin sayı 22-yə çatıb. Yaralıların sayı 59 nəfərdir. Hadisəyə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
banner

Oxşar Xəbərlər