• cümə axşamı, 25 aprel, 19:52
  • Baku Bakı 21°C

XİN: Konsulluq xidməti ABŞ-da həbs olunan şəxslərlə görüşmək üçün hüquq-mühafizə orqanları ilə təmasdadır

07.08.18 18:40 731
XİN: Konsulluq xidməti ABŞ-da həbs olunan şəxslərlə görüşmək üçün hüquq-mühafizə orqanları ilə təmasdadır
ABŞ-da həbs olunan şəxslər Azərbaycan Respublikası vətəndaşlarıdır.
Bunu Trend-ə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev KIV-in sorğusuna cavab olaraq bildirib.
H.Hacıyev deyib: "ABŞ-ın hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinə bu barədə məlumat verilib.Səfirliyin konsulluq xidməti sözügedən şəxslərlə görüşmək üçün ABŞ-ın hüquq-mühafizə orqanları ilə təmasdadır".
Qeyd edək ki, ABŞ-da Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna, Latviya, eləcə də Azərbaycan vətəndaşlarından ibarət cinayətkar qrup saxlanılıb. Dəstə üzvləri dələduzluqda və 4,5 milyon dollar həcmində çirkli pulları yumaqda ittiham olunur.
banner

Oxşar Xəbərlər