• cümə axşamı, 28 mart, 14:17
  • Baku Bakı 16°C

XİN-in əməkdaşları "ASAN xidmət"in təmin etdiyi məkanda yerləşəcəklər

17.01.19 14:21 532
XİN-in əməkdaşları "ASAN xidmət"in təmin etdiyi məkanda yerləşəcəklər
Azərbaycan Xarici İşlər Nazirliyi Prezident İlham Əliyevin 15 yanvar 2019-cu il tarixli Fərmanına əsasən konsulluq xidməti ilə bağlı bəzi məsələlərin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN) həvalə edilməsinə aydınlıq gətirib.
XİN Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayevanın Trend-ə verdiyi məlumata görə, bu dəyişikliyin əsas məqsədi vətəndaşlar və dövlət qulluqçularının müvafiq müraciətlərinin daha operativ və asan şəkildə həll edilməsi, vətəndaş məmnunluğunun təmin edilməsidir:
"Bildiyiniz kimi, ölkə Prezidenti İlham Əliyev ölkəmizdə struktur islahatlarının həyata keçirilməsi və idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar verib və bu barədə dövlət başçısının Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi nitqində qeyd olunub. Məhz bu xüsusda, konsulluq sahəsində göstərilən xidmətlərin təkmilləşdirilməsi, şəffaflığın artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2019-cu il tarixli Fərmanına əsasən müəyyən konsulluq xidmətləri, o cümlədən xidməti və diplomatik pasportların verilməsi və dəyişdirilməsi, sənədə apostil verilməsi və sənədin leqallaşdırılması, viza rəsmiləşdirilməsi üçün xarici ölkələrin səfirliklərinə və konsulluqlarına notanın verilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət” mərkəzlərində təmin ediləcəkdir. Bu o deməkdir ki, XİN-in əməkdaşları digər dövlət qurumlarının təcrübəsində olduğu kimi müvafiq müraciətlərin qəbul edilməsi və icra edilməsi üçün "ASAN xidmət"in təmin etdiyi məkanda yerləşəcəklər".
L.Abdullayeva qeyd edib ki, paralel olaraq bu xidmətlər XİN-in Konsulluq idarəsi tərəfindən də təmin olunacaq.
banner

Oxşar Xəbərlər