• şənbə, 20 Aprel, 15:18
  • Baku Bakı 23°C

XİN: Fransalı senator separatçılığı və terroru təşviq edir

26.09.14 19:10 991
XİN: Fransalı senator separatçılığı və terroru təşviq edir
Senatorun işğal altındakı Dağlıq Qarabağa qanunsuz səfəri ilə əlaqədar Fransanın rəsmi qurumlarına müraciət ediləcək
“Fransalı senator Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməklə separatçılığın, bəşəriyyət üçün böyük təhlükə olan terrorçuluğun və eyni zamanda insanlığa qarşı törədilmiş cinayətlərin təşviqində rol oynayır. Bu şəxs ilk növbədə öz məsuliyyətini dərk etməlidir”.
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev fransalı senator, Fransa-Ermənistan dostluq qrupunun rəhbəri Filipp Kaltenbaxın işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri və orada etdiyi çıxışa münasibət bildirərkən deyib. Azərbaycanın Fransadakı səfirliyi tərəfindən lazımi addımların atıldığını söyləyən mətbuat katibi bildirib ki, senator F. Kaltenbaxın işğal altındakı Dağlıq Qarabağa səfəri ilə əlaqədar Fransanın rəsmi qurumlarına lazımi müraciətlər ediləcək.
Xatırladaq ki, Fransa-Ermənistan dostluq qrupunun rəhbəri, senator Filipp Kaltenbax Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağa qanunsuz səfər edib. O, separatçı rejimdə guya demokratik dəyərlərin inkişaf etdiyini deyərək Azərbaycanı bundan nümunə götürməyə çağırıb.
banner

Oxşar Xəbərlər