• cümə, 29 Mart, 03:53
  • Baku Bakı 7°C

XİN: Ermənistanın əməlləri xristian dininin təməl prinsipləri ilə bir araya sığmır

05.10.17 11:40 1505
XİN: Ermənistanın əməlləri xristian dininin təməl prinsipləri ilə bir araya sığmır
"Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində mülkiyyətin talan edilməsi, təbii sərvətlərin istismarı, Azərbaycan xalqına məxsus maddi-mədəni irsi vəhşicəsinə məhv etməsi və özününküləşdirilməsi, uğursuz şəkildə demoqrafik vəziyyəti dəyişməyə cəhd etməsi və digər qanunsuz əməlləri beynəlxalq humanitar hüquq, o cümlədən Cenevrə konvensiyaları ilə üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasıdır".

Bu sözləriAPA-ya açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində tarixi alban xristian irsinin və məbədlərinin mənimsənilməsi azmış kimi, ermənilərin heç zaman yaşamadığı işğal olunmuşCəbrayılrayonunda kilsə tikmələri qəsdən münaqişəyə dini don geyindirmək, münaqişəninATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mövcud təkliflərə uyğun olaraq həllinə maneə olmaqdır: "Erməni din xadimlərinin bu qanunsuz və dini dəyərlərdən kənar təxribatçı prosesdə xüsusi canfəşanlıq göstərməsi ciddi təəssüf doğurur. Ermənistan və erməni kilsəsi tərəfindən həyata keçirilən bu kimi əməllər beynəlxalq humanitar hüquqa zidd olmaqla bərabər, digər səmavi dinlər kimi, sülhə, başqasının mülkiyyətinə hörmətlə yanaşmağa, insanların həyatına qəsd və digər təcavüzkar əməllərdən kənar durmağa çağıran xristian dininin təməl prinsipləri və müqəddəs İncilin təlimləri ilə bir araya sığmır. Ermənistanın bu təxribatçı əməli də aidiyyəti üzrə beynəlxalq təşkilatlar çərçivəsində qaldırılacaq".

Qeyd edək ki, ermənilərin Azərbaycanın işğal olunmuşCəbrayılrayonunda tikdirdiyi Müqəddəs Məryəm kilsəsinin bu günlərdə açılışı olub.
banner

Oxşar Xəbərlər