• şənbə, 20 Aprel, 20:37
  • Baku Bakı 24°C

XİN: Ermənistanın danışıqlar prosesi üçün şərt qoyması qəbuledilməzdir

09.07.18 12:08 390
XİN: Ermənistanın danışıqlar prosesi üçün şərt qoyması qəbuledilməzdir
"Dağlıq Qarabağmünaqişəsi ilə bağlı danışıqlar prosesi mövcud format əsasında davam etdirilməlidir”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevdeyib.
Ermənistan tərəfindən müxtəlif səviyyələrdə ziddiyyətli bəyanatlar verildiyini vurğulayan H.Hacıyev bildirib ki, bu cür bəyanatlar ancaq daxili istehlaka yönəlib: "Ermənistanda bu gün hakimiyyətdə olan qüvvələr yüksək reytinqlərini saxlamaq üçün müharibə ritorikası və yaxud proseslərin formatını təhrif edənaçıqlamalar verirlər.Ermənistan işğal və təcavüz faktına görə məsuliyyət daşıyır və bu səbəblə, beynəlxalq norma və prinsiplərə uyğun olaraq,danışıqlar prosesinin tərkib hissəsidir”.
H. Hacıyev qeyd edib ki, Azərbaycan Ermənistanın və yabaşqa bir tərəfin danışıqlar prosesinə şərt qoymasını qəbul etmir: "Danışıqlar prosesinin fundamental, beynəlxalq hüquqi və siyasi əsasınıBMTTəhlükəsizlik Şurasının qətnamələri təşkil edir. Danışıqlar prosesinin hansı formatda davam etdiriləcəyini bütün beynəlxalq ictimaiyyət,ATƏT-in Minsk qrupu həmsədrləri və Ermənistan tərəfi də yaxşı bilir".
banner

Oxşar Xəbərlər