• cümə, 19 Aprel, 14:17
  • Baku Bakı 25°C

XİN: Ərdoğanın açıqlaması Rusiya və Türkiyə arasında razılaşmalara ziddir

30.11.16 16:54 814
XİN: Ərdoğanın açıqlaması Rusiya və Türkiyə arasında razılaşmalara ziddir
PrezidentRəcəb Tayyib Ərdoğanın Türkiyənin Bəşər Əsədi devirmək məqsədi ilə Suriyada hərbi əməliyyatlar aparması ilə bağlı açıqlaması Rusiya və Türkiyə arasında daha əvvəl əldə olunmuş razılaşmalara ziddir.
APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.
Nazir müavini deyib ki, bu, bütün razılaşmalar üzrə ziddiyyət təşkil edən açıqlamadır: "İlk növbədə 2254 və 2268 saylı qətnamələrə, həmçinin Vyana formatına, Lozanna formatına ziddir. Biz bu formatlarda Türkiyə ilə birlikdə iştirak edirik".
O, həmçinin əlavə edib ki Türkiyə və Rusiya xarici işlər nazirləri dekabrın 1- də baş tutacaq Alanya görüşündəRəcəb Tayyib Ərdoğanın həmin bəyanatını müzakirə edəcəklər.
banner

Oxşar Xəbərlər