• cümə axşamı, 25 aprel, 13:25
  • Baku Bakı 23°C

XİN-dən Naxçıvana kimyəvi hücum xəbərinə reaksiya

04.06.14 14:32 1114
XİN-dən Naxçıvana kimyəvi hücum xəbərinə reaksiya
Ermənistanın Naxçıvana kimyəvi hücum hazırlaması barəsində kütləvi informasiya vasitələrində yayılan xəbərlərə Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət bildirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev anspress-ə açıqlamasında bunun Ermənistan tərəfinin növbəti təxribatı olduğunu söyləyib. O qeyd edib ki, rəsmi İrəvan bu cür təxribat xarakterli addımlara əl ataraq, yerli və beynəlxalq ictimaiyyətin fikrini yanlış istiqamətə yönəltməyə çalışır.
"Hamı bunun təxribat olduğunu dərk edir. Ermənistan işğal etdiyi torpaqlardan gec-tez çıxmalı olacaq. Təxribat və "siyasi cığallıq" yolu ilə zaman uzatmağın mənası yoxdur və bu sülh prossesinə mənfi təsir göstərir. Bu cür təxribatlar Ermənistanın, onsuz da, aşağı olan simasını daha da aşağılayır".
"Ermənistanın işğalçı dövlət adı, onsuz da, üzərindədir. Rəsmi İrəvanın ilk atmalı olduğu addım Azərbaycanın işğal altında saxladığı ərazilərini boşaltmaqdır. Bu gün Ermənistan beynəlxalq hüquq normalının tələblərinə hörmət etməyən tərəfdir. Ermənistanın üzərində olan işğalçı dövlət adı olduqca ağırdır. Ermənistan bu adı üzərindən götürməyə çalışmalı və işğal edilmiş Azərbaycan torpaqlarından çıxmalıdırlar. Bizim sülh danışqlarını davam etdirməyimizin əsas məqsədi torpaqlarımızın ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır. Əks halda Azərbaycan istənilən üsulla və istənilən dillə Ermənistanla danışa bilər", - deyə XİN-in mətbuat katibi bildirib.
banner

Oxşar Xəbərlər