AZE | RUS | ENG |

XİN-dən Dağlıq Qarabağa səfər etmiş 3 Ukrayna vətəndaşı ilə bağlı qərar

XİN-dən Dağlıq Qarabağa səfər etmiş 3 Ukrayna vətəndaşı ilə bağlı qərar
Ukrayna vətəndaşları, Ukrayna Milli Rəqs Liqası Federasiyasının (FNDL) idarə heyətinin üzvü Qennadiy Xavkin, habelə Federasiyanın daha iki üzvü İqor Yaremenko və Timofey Çernenko Xarici İşlər Nazirliyinə rəsmi məktubla müraciət edərək, adlarının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na salınmamasını xahiş ediblər.
Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, məktubda FNLD-in prezidenti Marina Kurbanaliyeva və Federasiyanın yuxarıda adları qeyd olunan üzvləri səfərlə əlaqədar təəssüf hissi keçirdiklərini ifadə edərək, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiklərini, habelə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilməyərəkdən səfər etdiklərini qeyd ediblər. Sözügedən şəxslər, həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəklərinə dair zəmanət veriblər.
Qennadiy Xavkin, İqor Yaremenko və Timofey Çernenkonun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onların adlarının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na salınmamasına dair qərar qəbul edilib.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8859
GEL 1 1 Gürcüstan larisi 0.5804
GBP 1 1 İngiltərə funt sterlinqi 2.066
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1755
CHF 1 1 İsveçrə frankı 1.736
KWD 1 1 Küveyt dinarı 5.5894
TRY 1 1 Türkiyə lirəsi 0.2965